Metroda ciddi sıxlıq müşahidə olunur
Hazırda Bakı Metropoliteninin bir çox stansiyalarında sıxlıq müşahidə olunmaqdadır.
Crossmedia.az xəbər verir ki, ötən gün Nərimanov-Ulduz marşrutunda baş vermiş texniki insidentdən sonra fəaliyyətini bərpa edən metro hadisədən 1 gün keçməsinə baxmayaraq hələ də problemlərim qaldığını müşahidə edirik.
Gecə Bakı Metropoliteninin yaydığı rəsmi açıqlamaya əsasən qatarların şənbə günü qrafiki ilə fəaliyyət göstərməsi sıxlığa bir qədər də təsir edib.
Məsələ ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq Bakı Metropoliteni Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov hazırda texniki araşdırmaların aparıldığını buna görə də qatarların şənbə qrafiki ilə fəaliyyət göstərdiyini qeyd edib.
"Qatarların sabit və fasiləsiz hərəkətinin təmin edilməsi və qeyd olunan tədbirlərin tam təhlükəsiz başa çatdırılması məqsədilə aprel ayının 22-si günün əsas sərnişin axını saatlarında “28 May-Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək.
"Bakmil" istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur.
Sərnişinlərdən baş vermiş hadisə ilə əlaqədar üzr istəyir, yaranmış vəziyyətə anlayışla reaksiya göstərdikləri üçün təşəkkür edirik.
Texniki araşdırmalar və təhlillərin nəticələri, görüləcək işlər və digər məsələlər barədə ictimaiyyətə operativ məlumatlar təqdim ediləcək".
Elmir Heydərli
08:47 22.04.2026
Oxunuş sayı: 72