Simonyan türkiyəli həmkarına Cənubi Qafqazla bağlı ideyasına görə təşəkkür edib
Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil etmək ideyasına görə təşəkkür etdi.
Crossmedia.az "SputnikArmenia"-ya istinadən xəbər verir.
Ermənistan və Türkiyə parlamentlərinin sədrləri İstanbulda regional əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Türkiyə parlamentinin sədri bu təklifi əvvəllər gürcü həmkarı ilə görüşdə səsləndirmişdi.
18:58 17.04.2026
Oxunuş sayı: 48