VI Ümumdünya Köçəri Oyunlarına 85 ölkə qatılacaq
Qırğızıstanda 2026-cı il avqustun 31-dən sentyabrın 6-dək keçiriləcək VI Ümumdünya Köçəri Oyunlarında 85 ölkə iştirakını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə aprelin 17-si Bakıda keçirilən təqdimatda Qırğızıstanın mədəniyyət naziri Mirbek Mambetaliyev bildirib.
Tədbirdə həmçinin Qırğızıstanın dövlət katibi Arslan Koyçiyev, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türk Ticarət Mərkəzinin direktoru Yılmaz Okuklu və digərləri iştirak ediblər.
Mambetəliyevin sözlərinə görə, Oyunlara olan maraq artmaqda davam edir: "Məsələn, 2018-ci ildə orada 82 ölkə iştirak edib. Bu il 85 ölkə öz iştirakını təsdiqləyib, ümumilikdə isə bu il 100-ə yaxın dövlətin nümayəndələrinin iştirakı gözlənilir".
O qeyd edib ki, açılış mərasimi avqustun 31-də - Qırğızıstanın Müstəqillik Günündə keçiriləcək.
18:45 17.04.2026
Oxunuş sayı: 44