“Yüksəliş” müsabiqəsinin imtahan tarixləri açıqlandı
Qarşıda müsabiqənin növbəti mərhələsi olan onlayn formatda keçirilən ümumi biliklər imtahanı gəlir.
Crossmedia.az xəbər verir ki, bunu Yüksəliş işçi qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib.
O, qeyd edib ki, bu mərhələdə iştirakçılara Azərbaycan və dünya üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, idarəetmənin əsasları, eləcə də müasir trendləri əhatə edən 4 blok üzrə 25 sual təqdim olunacaq.
Bu mərhələ iştirakçıların ümumi dünyagörüşünü və bilik səviyyəsini ilkin şəkildə qiymətləndirməyə imkan verəcək.
Ümumi biliklər imtahanında uğur qazanan namizədlər müsabiqənin növbəti mərhələlərinə Analitik təhlil, İdarəetmə bacarıqları, Yarımfinal və Final mərhələlərinə vəsiqə əldə edəcəklər.
"Yüksəliş" müsabiqəsi altıncı mövsümünün ümumi biliklər imtahanı 2-3 may tarixlərində keçiriləcək. Final imtahanı isə 17-18-19 iyul tarixlərində baş tutacaq.
Ayhan
12:46 17.04.2026
Oxunuş sayı: 417