Yağışa görə yollarda sürət həddi endirilib
Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
"Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda vurğulanıb.
21:00 13.04.2026
Oxunuş sayı: 55