KİV: Ərəb ölkələri Zelenskidən HHM mütəxəssislərini geri çağırmağı xahiş edib
Bir sıra ərəb ölkələrinin Volodimir Zelenskidən Ukraynaya məxsus hava hücumundan müdafiə (HHM) mütəxəssislərini geri çağırmağı xahiş etdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "L’AntiDiplomatico" yayıb.
İddialara görə, ukraynalı mütəxəssislərin qoruduğu beş obyektin hamısı İran tərəfindən vurulub.
Bundan əlavə, hücumların dəf edilməsi zamanı buraxılan HHM raketlərinin BƏƏ ərazisində iki göydələnə zərər yetirdiyi bildirilir.
Qeyd olunur ki, Ukrayna nümayəndə heyətinin mart ayında BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və İordaniyaya səfərindən sonra regiona HHM mütəxəssisləri göndərilmişdi.
Mənbəyə əsasən, ərəb ölkələri bu fəaliyyətin nəticələrindən narazıdır və effektivliyin aşağı olduğunu düşünür.
23:45 10.04.2026
Oxunuş sayı: 58