Dmitriyevdən Aİ-yə mesaj: Avropanın yaşaması üçün Rusiyaya ehtiyacı var
Rusiya rəsmisi Kirill Dmitriyev Avropa İttifaqının enerji siyasəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə "Financial Times"ə istinadən xəbər verir.
O, Yaxın Şərqdəki böhran fonunda Aİ-nin Rusiya qazının idxalını artırması və bunun enerji təchizatında çətinliklər yaratması barədə yayılan xəbərə münasibət bildirərək, “Avropanın yaşaması üçün Rusiyanın ehtiyacı var” ifadəsini işlədib.
Dmitriyev bu sözləri ilə Avropanın enerji təhlükəsizliyində Rusiyanın roluna diqqət çəkib və mövcud geosiyasi şəraitdə enerji asılılığının əhəmiyyətini vurğulayıb.
11:57 10.04.2026
Oxunuş sayı: 57