AMB: 2 ayda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib.
Crossmedia.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2,8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27,7 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2026-cı ilin I rübündə AMB-nin valyuta ehtiyatları 1,2 % artaraq 11,7 milyard ABŞ dollarına çatıb.
Bu ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb.
11:25 02.04.2026
Oxunuş sayı: 61