İsraildən açıqlama: İrana qarşı əməkdaşlıq genişlənir
İsrail İranın yaratdığı ümumi təhdidə qarşı regionda mühüm dövlətlərlə yeni ittifaqlar qurur.
Crossmedia.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinə yönəlib.
Netanyahu əlavə edib ki, yaxın vaxtlarda bu ittifaqlar barədə daha ətraflı məlumatın ictimaiyyətə təqdim olunacağı gözlənilir.
21:25 01.04.2026
Oxunuş sayı: 55