Rusiya Ayın səthində tədqiqat aparacaq
Rusiya Federal Kosmos Agentliyi Ayın səthində tədqiqat aparacaq. Belə ki, onun daxili quruluşunu öyrənmək üçün cihazların hazırlanmasına bu il başlanacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, Rusiya Çinlə birlikdə Ay proqramını davam etdirir və layihəyə ümumilikdə 15 ölkənin qatılması planlaşdırılır. Həmçinin, bildirilib ki, Ayın torpağı toplanacaq, məlumatlar dünyaya göndəriləcək və eniş modulunun dizaynı tamamlanacaq.
Qeyd edək ki, 2021-ci ildə Roscosmos və Çin Kosmos İdarəsi arasında Ayda birgə tədqiqat aparmaq üçün razılaşma imzalanıb.
20:45 01.04.2026
Oxunuş sayı: 49