Paşinyan “Qarabağ hərəkatına” son qoyulmasının vacibliyini vurğulayıb
Aprelin 1-i Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, görüşdə Ermənistan daxilində “Qarabağ hərəkatı”nın dayandırılmasının vacibliyini bir daha qeyd edib.
Paşinyan bildirib ki, daxili siyasi sabitliyin təmin olunması və regional əməkdaşlığın gücləndirilməsi üçün bu addım zəruridir. Görüşdə liderlər həmçinin ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
18:56 01.04.2026
Oxunuş sayı: 57