KİV: BƏƏ Hörmüz boğazını güc yolu ilə açmaq üçün ABŞ və İsrailə yardıma hazırdır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) strateji əhəmiyyətli Hörmüz boğazı su yolunun İran tərəfindən blokadaya alınmasına cavab olaraq bu su yolu güc yolu ilə açmaq üçün Amerika Birləşmiş Ştatları və onların müttəfiqlərinə, o cümlədən İsrail-ə hərbi yardım göstərməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ərəb rəsmi şəxslərinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Əbu‑Dabi rəsmi dairələri ABŞ, Avropa və Asiya ölkələrini birləşdirərək güc istifadə etməklə Hörmüz boğazını yenidən təhlükəsiz və sərbəst şəkildə nəqliyyata açmaq üçün koalisiya yaratmağa çağırır. BƏƏ diplomatları bunun üçün BMT Təhlükəsizlik Şurası tərəfindən hərbi əməliyyatlara icazə verəcək qətnamənin qəbul edilməsi üzərində çalışır.
Bu addım regionda vəziyyətin daha da gərginləşə biləcəyi barədə narahatlıqlar doğurur, çünki BƏƏ öz ərazisini ABŞ və digər müttəfiqlərin hərbi fəaliyyətləri üçün təmin etməyə də razılıq verə bilər. Hazırda İranın boğazı blokada altında saxlaması qlobal neft və enerji tədarükünə ciddi təsir göstərir və dünya bazarlarında qiymət artımlarına səbəb olub.
14:55 01.04.2026
Oxunuş sayı: 42