İranın Bəhreyndə yerləşən “Amazon” serverlərinə hücum etdiyi iddia olunur
Bəhreyndə fəaliyyət göstərən ən böyük telekommunikasiya şirkətlərindən biri olan Batelconun qərargahına hücum edildiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şirkətin Amazon Web Services serverlərinə ev sahibliyi etdiyi qeyd olunur.
Məlumata görə, hücumun İran tərəfindən həyata keçirildiyi iddia olunur. Hadisə ilə bağlı rəsmi təsdiq və ya əlavə detallar hələ açıqlanmayıb.
Bundan əvvəl İranın hərbi qurumu olan SEPAH bəyan etmişdi ki, ölkəyə qarşı hər hansı sui-qəsd cəhdinə cavab olaraq Yaxın Şərqdə fəaliyyət göstərən böyük texnologiya şirkətlərinə qarşı kiber hücumlar həyata keçirilə bilər.
Açıqlamada Microsoft, Apple, Google və Nvidia kimi şirkətlərin adı çəkilib.
Hazırda hadisənin miqyası və mümkün təsirləri ilə bağlı araşdırmalar davam edir.
14:33 01.04.2026
Oxunuş sayı: 45