Əraqçı: Pakistan, Misir və Türkiyənin zəmanətləri İran üçün yetərli deyil
İranın xarici işlər naziri Abbas Əraqçı atəşkəs məsələsi ilə bağlı Pakistan, Misir və Türkiyənin mümkün zəmanətlərinin Tehran üçün kifayət etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, nazir bu barədə "Əl-Cəzirə" telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, İran hətta BMT Təhlükəsizlik Şurası vasitəsilə verilən təhlükəsizlik təminatlarına da şübhə ilə yanaşır.
“Praktika göstərir ki, BMT Təhlükəsizlik Şurasının zəmanətləri belə bizim üçün yetərli deyil. Tərəfdaşlarımız müxtəlif ideyalar irəli sürüblər və biz hazırda münaqişəyə İranın şərtləri ilə son qoyularsa, hansı mexanizmlərin real təsirli ola biləcəyini araşdırırıq”, – deyə Əraqçı bildirib.
Nazir həmçinin ABŞ-nin yanaşmasını tənqid edib və Vaşinqtonun ultimatumlarını qəbul etməyəcəklərini vurğulayıb. Onun sözlərinə görə, ABŞ prezidenti yanaşmasını dəyişməlidir.
“İranın böyük və müstəqil xalqı ilə təhdid dili ilə danışmaq olmaz. Əks halda cavab döyüş meydanında veriləcək”, – deyə o əlavə edib.
14:26 01.04.2026
Oxunuş sayı: 51