İranın Hizbullah üçün əsas fiqurlarından biri öldürüldü
İsrail ordusu SEPAH-ın Qüds qüvvələrinin Livan bölməsində mühəndislik şöbəsinin rəhbəri olan Mehdi Vəfayinin hava zərbələri nəticəsində öldürüldüyünü açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, zərbə İran ərazisinə endirilib. İsrail ordusunun mətbuat xidməti bildirib ki, Vəfayi son 20 il ərzində Livan və Suriyada müxtəlif yeraltı layihələrə rəhbərlik edib.
Qeyd olunub ki, o, Hizbullah və Suriyanın keçmiş prezidenti Bəşar Əsəd rejimi üçün yeraltı obyektlərin tikintisi və inkişafına nəzarət edib.
İsrail tərəfi bildirir ki, Mehdi Vəfayi Livanda silah anbarları kimi istifadə olunan onlarla yeraltı qurğunun inşasında və idarə olunmasında əsas rol oynayıb.
Ordunun açıqlamasında vurğulanıb ki, onun zərərsizləşdirilməsi Hizbullahın yeraltı infrastruktur imkanlarını zəiflədəcək və İranın regiondakı silahlı qruplara dəstəyinə ciddi təsir göstərəcək.
14:19 01.04.2026
Oxunuş sayı: 51