İsrail Fransa ilə silah ticarətini dayandırıb
İsrailin Müdafiə Nazirliyi rəsmi olaraq Fransa ilə hərbi-texniki əməkdaşlığı dayandırdığını təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərarın arxasında İsrailin baş naziri Benyamin Netanyahunun şəxsi prioriteti dayanır. Mənbələr bildirir ki, Fransa ilə silah ticarətindən imtina Parisin son iki ildə İsrailə qarşı açıq düşmən mövqeyi ilə bağlıdır.
Nazirlik vurğulayıb ki, bu addım İsrailin milli təhlükəsizliyini qorumaq və strateji maraqlarını müdafiə etmək məqsədini daşıyır.
13:25 01.04.2026
Oxunuş sayı: 960