SEPAH ABŞ şirkətlərini hədəfə almaqla hədələyib
İranın elit hərbi qurumu olan SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) bəyanat yayaraq, İrana qarşı mümkün hücumların davam edəcəyi təqdirdə bölgədə fəaliyyət göstərən Amerika texnologiya və sənaye şirkətlərinə zərbə endiriləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Açıqlamada qeyd olunur ki, Intel, Microsoft, Cisco, Apple, Google, Meta və digər iri şirkətlər “hədəflərin müəyyənləşdirilməsi və izlənməsi prosesində rol oynadıqları üçün” potensial legitim hədəflər kimi qiymətləndirilə bilər.
SEPAH-ın bəyanatında ümumilikdə 18 şirkətin adı çəkilir. Bunlara həmçinin IBM, Nvidia, Oracle, HP, Tesla, Boeing və JPMorgan də daxildir.
Bəyanatda bildirilir ki, “İrana qarşı təcavüz davam edərsə”, bu obyektlərə qarşı zərbələr aprelin 1-də yerli vaxtla saat 20:00-dan etibarən başlaya bilər. SEPAH regionda yerləşən bu şirkətlərin əməkdaşlarını həmin vaxta qədər ofisləri və istehsal sahələrini tərk etməyə çağırıb.
12:17 01.04.2026
Oxunuş sayı: 43