İsrail ordusu İran infrastrukturuna 230-dan çox zərbə endirib
Son 24 saat ərzində İsrail ordusu İran infrastrukturuna 230-dan çox zərbə endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
İsrail ordusu İran ərazisində atəş dəstəyi və hava hücumundan müdafiə sistemlərinə zərər vurmaq üçün sistemli səylərini davam etdirir.
İsrail Hərbi Hava Qüvvələri ölkənin Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsasən İrandakı hədəflərə, o cümlədən buraxılışa hazır ballistik raket buraxılış qurğularına və silah istehsalı müəssisələrinə 230-dan çox zərbə endirib.
20:58 31.03.2026
Oxunuş sayı: 48