Türkiyə və Suriya yeni quru dəhlizini müzakirə edir
Türkiyə və Suriya Hindistanı, Fars körfəzi ölkələrini və Avropanı birləşdirən quru yolunun yaradılmasını müzakirə edirlər. Təşəbbüs IMEC layihəsinə alternativ kimi qəbul edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Kan News" məlumat yayıb.
Mənbələrə görə, plana İordaniya və Səudiyyə Ərəbistanı vasitəsilə dəmir yolunun tikintisi, eləcə də Suriya limanlarına neft kəmərinin çəkilməsi daxildir. İnvestisiya həcmi 20 milyard dolları keçə bilər.
Layihə regional qeyri-sabitlik və Hörmüz boğazının qismən blokadası səbəbindən IMEC-in çətinlikləri fonunda irəliləyir.
İsrail xəbərdarlıq edib ki, ölkənin marşrutdan çıxarılması milyardlarla iqtisadi itkiyə səbəb ola bilər.
20:50 31.03.2026
Oxunuş sayı: 45