Trampdan sərt çağırış: Gedib neftinizi özünüz götürün
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı müttəfiq ölkələrə sərt mesaj verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
O bildirib ki, aviasiya yanacağı ilə bağlı çətinlik yaşayan ölkələr, o cümlədən Böyük Britaniya, ehtiyaclarını ya ABŞ-dən təmin etməli, ya da birbaşa boğaza gedərək resursları özləri əldə etməlidirlər.
Tramp əlavə edib ki, digər ölkələr artıq öz təhlükəsizliklərini təmin etmək üçün daha çox məsuliyyət götürməlidir və ABŞ hər zaman onların yerinə hərəkət etməyəcək.
O, həmçinin İranın ciddi zərbələr aldığını və münaqişənin ən çətin mərhələsinin geridə qaldığını iddia edib.
20:25 31.03.2026
Oxunuş sayı: 45