SEPAH ABŞ-ə xəbərdarlıq etdi
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-lə əlaqəli şirkətləri vurmaqla hədələyib və işçiləri təxliyə etməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəyanatda hər hansı bir sui-qəsdə qarşılıq veriləcəyi və ABŞ-Lə əlaqəli şirkətlərin obyektlərinin hədəfə alına biləcəyi bildirilib.
İşçilərə iş yerlərini tərk etmələri, 1 kilometr radiusda yaşayan sakinlərə isə təhlükəsiz ərazilərə köçmələri tövsiyə edilib. Siyahıya "Cisco", "HP", "Intel", "Oracle", "Microsoft", "Apple", "Google", "Meta", "IBM", "Dell", "Nvidia", "JPMorgan Chase", "Tesla", "General Electric" və "Boeing" daxildir.
Xəbərdarlığın aprelin 1-i Tehran vaxtı ilə saat 20:00-da qüvvəyə minməsi planlaşdırılır.
20:05 31.03.2026
Oxunuş sayı: 58