ABŞ Yaxın Şərqə A-10 hücum təyyarələri göndərir
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək məqsədilə əlavə "A-10 Thunderbolt II" hücum təyyarələri göndərir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 12 təyyarə artıq Lakenheath bazasına çatıb, daha 6 təyyarə isə yoldadır.
A-10 təyyarələri əsasən piyada qüvvələrinə və zirehli hədəflərə qarşı yüksək effektivliyi ilə tanınır.
Onlar xüsusilə quru əməliyyatları öncəsi ərazinin atəşlə təmizlənməsi və yaxın hava dəstəyi üçün istifadə olunur.
19:37 31.03.2026
Oxunuş sayı: 46