Çeçen qüvvələri İranı dəstəkləmək üçün səfərbər ola bilər
Çeçenistanın rəhbəri Ramzan Kadırova sadiq hərbi bölmələr ABŞ və İsrailin İrana qarşı mümkün quru əməliyyatı həyata keçirməsi halında İran Silahlı Qüvvələrinə dəstək vermək üçün bu ölkəyə yerləşməyə hazır olduqlarını bəyan ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı xəbər verib.
Məlumatda qeyd olunur ki, çeçen bölmələri hazırkı ABŞ-İsrail-İran qarşıdurmasını dini müharibə və İslam dünyasını sabitsizləşdirməyə yönəlmiş təcavüzə qarşı mübarizə kimi dəyərləndirirlər.
Bildirilir ki, mümkün müdaxilə İranın suverenliyinin müdafiəsi üçün cihad – xeyirlə şər arasında mübarizə kimi təqdim olunur.
Press TV-nin açıqlamasına görə, çeçen hərbi birləşmələri ABŞ quru qoşunları hücum edəcəyi təqdirdə İran ərazisinə göndərilməyə və döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqlarını açıqlayıblar.
19:22 31.03.2026
Oxunuş sayı: 48