Kallas Kiyevdə - Avropadan Ukraynaya açıq dəstək
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bu gün Avropa nümayəndə heyətinin rəhbəri olaraq Kiyevə səfər edib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, Ukraynaya dəstəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Kallas bildirib ki, hər bir səfər Ukraynanın cəsarətini daha da artır.
“Avropa sizin tərəfinizdədir. Biz bundan sonra da hərbi, maliyyə, enerji və humanitar dəstəyimizi göstərəcəyik.”
O, əlavə edib ki, Avropa Rusiya ilə bağlı bütün tədbirləri görəcək və onu “öz cinayətlərinə görə məsuliyyətə cəlb etmək” üçün çalışacaq.
Fidan Şahkərimova
13:09 31.03.2026
Oxunuş sayı: 54