Tramp: O, yəqin ki, çox ağır vəziyyətdədir
İranın yeni ali lideri Müctəba Xamenei böyük ehtimalla çox ağır vəziyyətdədir.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Trampın sözlərinə görə, İrana endirilən son zərbələrdən sonra onun vəziyyəti son dərəcə pis ola bilər və hazırda dəqiq məlumat yoxdur.
Tramp daha əvvəl də demişdi ki, Xamenei sağ ola bilər, lakin ciddi yaralanıb.
Bu açıqlama onun səhhəti və ölkə üzərində faktiki nəzarəti ilə bağlı şayiələri daha da gücləndirib.
2026-cı ilin martında İranın ali lideri təyin edildikdən sonra Müctəba Xamenei demək olar ki, ictimaiyyət qarşısına çıxmayıb və yalnız yazılı bəyanatlar yayımlayıb.
Bu isə onun səhhəti ilə bağlı müzakirələri artırır.
23:25 30.03.2026
Oxunuş sayı: 50