İran rəsmisi: Ukrayna Tehrana qarşı hərəkətlərdə iştirakçıdır
İran Ukraynanı ABŞ və İsrailin Tehrana qarşı hərəkətlərində iştirakçı hesab edir.
Crossmedia.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
Diplomatın sözlərinə görə, bu mövqe Ukraynanın ərəb ölkələrində əks-pilotsuz uçuş aparatları üzrə mütəxəssislər yerləşdirməsi ilə bağlıdır.
İrəvani bu barədə ABŞ Baş katibi Antonio Quterresə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda qeyd edib.
Məktubda bildirilir ki, Ukrayna beynəlxalq hüquqa zidd olan hərəkətlərin törədilməsinə yardım etdiyi və ya buna təhrik etdiyi üçün beynəlxalq hüquqa əsasən məsuliyyət daşıyır.
22:35 30.03.2026
Oxunuş sayı: 45