Suriya prezidenti İranın region ölkələrimə hücumlarını pisləyib
İranla münaqişənin gərginləşməsi qlobal enerji təchizatı və qiymətləri üçün ciddi risklər yaradır.
Crossmedia.az xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əş-Şəra deyib.
O, razılaşma olmasa müharibənin daha da şiddətlənməsinin gələcəkdə əlavə təhdidlərə səbəb ola biləcəyini vurğulayıb.
Eləcə də Körfəz ölkələrinə edilən hücumları pisləyən Əş-Şəra, onların münaqişəyə könüllü olaraq girmədiklərini, İranın hücumuna məruz qaldıqlarını qeyd edib.
O, Suriyanın region ölkələrini tam dəstəklədiyini vurğulayıb. Əlavə edib ki, Qırmızı dənizdə və ya Hörmüz boğazında baş verən hər hansı bir iğtişaş Suriyanı strateji mövqeyinə görə təchizat zənciri təhlükəsizliyi üçün etibarlı sığınacaq halına gətirir.
Suriya lideri həm də 🇪🇺 Avropa ölkələrinin Fars körfəzindən enerji təchizatında fasilələrdən əziyyət çəkəcəyi barədə xəbərdarlıq edib.
22:25 30.03.2026
Oxunuş sayı: 52