İtaliyanın müdafiə naziri İranı Ukrayna ilə müzakirə edib
İtaliya İranla müharibəni dəstəkləməyib və qərar qəbul edilərkən onların mövqeyi nəzərə alınmayıb.
Crossmedia.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.
Nazirin sözlərinə görə, müharibələrin nəticəsi yalnız güclü tərəfin imkanlarından deyil, həm də zəif tərəfin müqavimətindən asılıdır.
Krosetto əlavə edib ki, İran coğrafi baxımdan Ukraynadan daha böyükdür və daha çox əhaliyə malikdir.
Bu da onun müqavimət potensialını artıran amillərdən biridir.
19:30 30.03.2026
Oxunuş sayı: 60