Belarus analitiki: Yaxın Şərqdəki gərginlik AİB layihələrini dayandırmayacaq
Belarus Strateji Araşdırmalar İnstitutunun analitiki Olga Lazorkina bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr Avrasiya İqtisadi Birliyinin (AİB) layihələrinin icra müddətinə müəyyən təsir göstərə bilər, lakin onların tam dayandırılmasına səbəb olmayacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, regionda davam edən münaqişənin nəticələri uzun illər ərzində qlobal geosiyasi proseslərə təsir edəcək və beynəlxalq münasibətlərin inkişaf istiqamətini müəyyənləşdirəcək.
Lazorkina qeyd edib ki, AİB çərçivəsində isə əsas prioritet iqtisadi praqmatizmdir. Bu səbəbdən birlik siyasi seçim etmək zərurətindən böyük ölçüdə kənarda qalır və planlaşdırılan layihələrin həyata keçirilməsi davam edəcək.
17:16 30.03.2026
Oxunuş sayı: 59