Qazaxıstan “gələcəyin şəhəri” layihəsinə start verir
Qazaxıstan Almatı yaxınlığında yerləşəcək və “gələcəyin şəhəri” kimi təqdim olunan Alatau layihəsini həyata keçirməyə hazırlaşır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Təxminən 20 milyard dollar dəyərində qiymətləndirilən bu nəhəng layihənin təkcə ölkə daxilində deyil, qlobal miqyasda da unikal olması planlaşdırılır.
Layihəyə əsasən, Alatau şəhəri 2050-ci ilə qədər regionda nəqliyyat sıxlığını azaltmağı, Orta Dəhliz boyunca ticarət axınını gücləndirməyi və biznes, texnologiya və innovasiya üçün müasir mərkəzə çevrilməyi hədəfləyir.
Şəhərin ümumi ərazisinin 88 min hektar olacağı bildirilir. Bu isə onu ölçüsünə görə Sinqapur və Seul kimi iri şəhərlərdən daha geniş edir.
Alatau layihəsi çərçivəsində ağıllı şəhər texnologiyalarının tətbiqi, dayanıqlı infrastrukturun qurulması və beynəlxalq investorların cəlb olunması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi Qazaxıstanın regionda iqtisadi və logistika rolunu daha da gücləndirə bilər.
17:08 30.03.2026
Oxunuş sayı: 628