İran XİN: Danışıqlar masasını ABŞ dağıdıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, danışıqlar prosesinin pozulmasına səbəb olan tərəf ABŞ olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Pakistanın qonşu ölkələrlə keçirdiyi görüşlər həmin ölkənin təşəbbüsüdür və İran bu formatda iştirak etməyib.
Bəqayi vurğulayıb ki, beynəlxalq ictimaiyyət İranın danışıqlara “məsuliyyətli tərəf” kimi qatıldığını nəzərə almalıdır. O iddia edib ki, məhz ABŞ-ın addımları diplomatik prosesin pozulmasına gətirib çıxarıb.
XİN sözçüsü əlavə edib ki, region ölkələrinin sülh və sabitliklə bağlı narahatlığı müsbət haldır. Bununla yanaşı, o qeyd edib ki, münaqişə müzakirə olunarkən onun hansı tərəf tərəfindən başladıldığını da nəzərə almaq vacibdir.
16:52 30.03.2026
Oxunuş sayı: 58