Zelenski "Rheinmetall" rəhbərinin “evdar qadın” tənqidinə sərt cavab verib
Ukrayna Prezidenti Volodimir Zelenski "Rheinmetall"ın baş direktoru Armin Pappergera sərt cavab verib və onun işini istənilən evdar qadının edə biləcəyini iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Ukraynada hər bir evdar qadın dron istehsal edə bilirsə, o zaman hər evdar qadın "Rheinmetall"ın baş direktoru ola bilər", - Zelenski şərh edib.
Xatırladaq ki, Armin Papperger Ukrayna pilotsuz təyyarələrini “evdar qadın işi” adlandırmışdı.
14:30 30.03.2026
Oxunuş sayı: 44