Polis qəzada həlak oldu, yaralılar xəstəxanaya çatdırıldı
Türkiyədə Şimali Marmara şossesində baş verən qəza zamanı polis nəqliyyat vasitəsi maneələrə çırpılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Hadisə nəticəsində 1 polis məmuru həlak olub, 1-i ağır olmaqla 16 polis məmuru yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, vəziyyətləri həkim nəzarətindədir. Hadisənin səbəbləri araşdırılır.
14:05 30.03.2026
Oxunuş sayı: 47