Xamenei İraqa təşəkkür edib
İranın Ali Dini Lideri Müctəba Xamenei İraqın Ali Dini Qurumu və xalqına İrana qarşı təcavüzü açıq şəkildə pislədiklərinə və ölkəyə dəstək verdiklərinə görə təşəkkürünü bildirib.
Crossmedia.az bu barədə "İslam Times"a istinadən xəbər verir.
Xameneinin yardım çağırışından sonra ilk ictimai yardım karvanı Müqəddəs Hüseyniyyə şəhərindən İrana göndərilib. Bundan əvvəl İraqın Ali Dini Qurumu İrana qarşı təcavüzü və regional müharibəni qətiyyətlə pisləyib, bütün müsəlmanları və azadlıqsevər xalqları İran və Livanın məzlum xalqları ilə həmrəylik göstərməyə çağırıb.
13:33 30.03.2026
Oxunuş sayı: 51