İraq aviabazasına raket hücumu: Antonov-132 təyyarəsi məhv edilib
İraq Müdafiə Nazirliyinin məlumatına görə, bazar ertəsi səhər Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Şəhid Məhəmməd Alaa aviabazasına 122 mm-lik GRAD raket sistemləri ilə hücum edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hücum nəticəsində İraq Hərbi Hava Qüvvələrinə məxsus Antonov-132 təyyarəsi məhv edilib, lakin hər hansı itki barədə məlumat yoxdur.
Nazirlik açıqlayıb ki, ziyan qiymətləndirilir və raket buraxıcılarının mənşəyi araşdırılır. Eyni zamanda, İraqın təhlükəsizliyinə və suverenliyinə qarşı edilən hər hansı hərəkətin cəzasız qalmayacağı və ölkənin müdafiə qüvvələrinin döyüş hazırlığının pozulmayacağı vurğulanıb.
13:27 30.03.2026
Oxunuş sayı: 50