Əfqanıstan-Pakistan sərhədində atışmalar yenidən qızışdı
Əfqanıstan və Pakistan sərhədində şiddətli atəş baş verib.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir. Hadisə hərbi əməliyyatların müvəqqəti dayandırılmasından bir neçə gün sonra, İslamabadın ABŞ-İran danışıqlarına ev sahibliyi etməyə hazırlaşdığı vaxtda qeydə alınıb.
Rəsmilər bildirir ki, atışmalar Əfqanıstanın Kunar əyaləti və Pakistanın Bajur rayonunda artilleriya və ağır silahlardan istifadə edilməklə baş verib. Taliban administrasiyasının Kabildəki sözçüsünün müavini Həmdullah Fitrat yanğın nəticəsində ən azı bir nəfərin öldüyünü, 16 nəfərin isə – əsasən qadın və uşaqlar – yaralandığını açıqlayıb.
Pakistan təhlükəsizlik rəsmiləri isə atəşin yalnız Əfqanıstandan gələn ağır atəşə cavab olduğunu və mülki hədəflərin hədəf alınmadığını bildirib.
Qeyd edək ki, ötən ay bu iki ölkə arasında son illərin ən ağır döyüşləri baş vermiş, hər iki tərəfdən ciddi itkilər yaşanmışdı.
13:03 30.03.2026
Oxunuş sayı: 56