Paşinyan: İlk dəfədir ki, ölkədə sülh hökm sürür
2025-ci il Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır: Müstəqillik əldə etdikdən sonra Azərbaycanla atışmalar nəticəsində ölən və yaralananların olmadığı ilk təqvim ilidir.
Crossmedia.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda bildirib.
Baş nazir əlavə edib ki, Mülki Müqavilə Partiyası onu növbəti dəfə Ermənistan Respublikasının baş naziri vəzifəsinə namizəd kimi irəli sürüb. Paşinyan həmçinin partiyanın Hesablama Komissiyasının üzvlərinə, siyasi ənənələrə sadiqliklərinə və yeni siyasi standartların yaradılmasına görə təşəkkürünü bildirib.
O, etimada görə partiyadaşlarına minnətdarlığını ifadə edib və seçki siyahısına rəhbərlik etmək şərəfinin ona verilməsini yüksək qiymətləndirib.
12:47 30.03.2026
Oxunuş sayı: 51