İran Yaxın Şərqdə ABŞ-la əlaqəli universitetləri hədəf kimi göstərib
İran dövlət televiziyası ABŞ ilə əlaqəsi olan xarici təhsil müəssisələrinin siyahısını yayımlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, bu universitetlər mümkün hərbi qarşıdurma halında potensial hədəflər kimi nəzərdən keçirilə bilər.
Məlumata görə, siyahıya Qətər, BƏƏ, Livan, İraq, Küveyt və İordaniya daxil olmaqla 6 ölkədə yerləşən ümumilikdə 15 ali təhsil müəssisəsi daxildir.
Qeyd olunur ki, bu addım İran ilə ABŞ arasında artan gərginlik fonunda atılıb və daha çox xəbərdarlıq xarakteri daşıyır. Ekspertlər isə hesab edirlər ki, bu cür açıqlamalar regionda vəziyyətin daha da gərginləşə biləcəyinə işarə edir.
11:50 30.03.2026
Oxunuş sayı: 48