İran quru işğalı təhlükəsi fonunda könüllüləri cəlb edir və nəzarət məntəqələrini genişləndirir
İran quru işğalı təhlükəsi ilə əlaqədar olaraq “Cənfəda” (“canımız qurban”) adlı milli kampaniyaya başlayıb.
Crossmedia.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
Ölkədəki mobil abunəçilərə göndərilən SMS-lərdə bildirilir: “Düşmən Amerika – sionistin İranın adalarına və sərhədlərinə qarşı təhdidləri ilə yanaşı, ölkə ərazisini müdafiə etməyə hazır olduğunu bəyan etmək üçün nəzərdə tutulmuş milli Cənfəda kampaniyası başlayıb.”
Məlumatlara görə, İsfahan sakinləri təhlükəsizlik qüvvələrinin şəhərə girişlərdə və yaxın kəndlərdə yeni yoxlama məntəqələri qurduğunu bildirirlər. Bu tədbirlər ölkədə hərbi hazırlıqların genişləndirildiyinə işarə edir və regional gərginliyi artırır.
11:03 30.03.2026
Oxunuş sayı: 40