Yaxın Şərqdə gərginliyin azaldılmasına dair iki günlük danışıqlar başlayır
İslamabadda Pakistan, Türkiyə və bir sıra digər ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Yaxın Şərqdə gərginliyin azaldılması və İran ətrafındakı vəziyyətə dair iki günlük danışıqlar başlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.
Qurumun rəhbəri Məhəmməd İshaq Dar və türkiyəli həmkarı Hakan Fidan regional proseslər də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə ikitərəfli məsləhətləşmələr aparacaqlar.
İslamabaddakı danışıqlarda həmçinin Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri Feysəl bin Fərhan Əl Səud və Bədr Abdel Ati iştirak edirlər. Onların həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılır.
"Səfər Pakistanın bu ölkələrlə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığını və koordinasiyasını daha da gücləndirməyə imkan verəcək", - daha əvvəl İshaq Dar bildirib.
11:56 29.03.2026
Oxunuş sayı: 45