İran və Türkiyə XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İran XİN rəhbəri Abbas Əraqçi ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, danışıq zamanı İranın müharibəni dayandırılması üçün göstərilən diplomatik səylərə şübhə ilə yanaşdığını qeyd edib.
İranın xarici işlər naziri ABŞ-ni razılığa gəlmə ehtimalını sual altına qoyan əsassız tələblər və ziddiyyətli hərəkətlərdə ittiham edib.
Əraqçi qeyd edib ki, bütün səylərə baxmayaraq ABŞ və İsrail iki dəfə danışıqlar prosesini pozublar, ölkənin ali rəhbərliyinə hücum ediblər.
Fidan telefon danışığı zamanı İranın iki dəfə zərbəyə məruz qalması səbəbindən digər tərəfə olan inamsızlığını anladığını qeyd edib.
10:45 29.03.2026
Oxunuş sayı: 46