ABŞ-nin vitse-prezidenti: İranın nüvə silahına malik olmasına icazə verilməyəcək
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, məqsəd İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, kütləvi yerlərdə partladılan intihar jileti bir neçə şəxsi öldürə bilər və bu belə də böyük faciədir. Amma düşünün ki, həmin jiletdə on minlərlə insanı öldürə biləcək nüvə gücü ola bilər. Bu, ABŞ üçün ən kritik milli təhlükəsizlik məsələsidir. Dünyadakı ən təhlükəli aktorların nüvə silahına sahib olmasına icazə verə bilmərik.
14:42 28.03.2026
Oxunuş sayı: 45