ABŞ kəşfiyyatı: İranın raket arsenalının üçdə biri məhv edilib
ABŞ kəşfiyyatı İranın raket arsenalının təxminən üçdə birinin məhv edildiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, sözügedən itkilər ABŞ və İsrailin həyata keçirdiyi zərbələr nəticəsində qeydə alınıb.
Mənbələrin sözlərinə görə, raketlərin daha bir hissəsi ya zədələnib, ya da yerinin dəyişdirilərək yeraltı anbarlarda gizlədildiyi ehtimal olunur. Bu isə onların real vəziyyətinin dəqiq qiymətləndirilməsini çətinləşdirir. Qalan arsenalın taleyi isə hələ də qeyri-müəyyən olaraq qalır.
Qeyd olunur ki, ciddi itkilərə baxmayaraq, İran raket potensialının bir hissəsini qoruyub saxlayır və gələcəkdə onu bərpa etmək imkanına malikdir.
13:20 28.03.2026
Oxunuş sayı: 52