ABŞ “USS George Bush” təyyarədaşıyanını Yaxın Şərqə göndərməyə hazırlaşır
ABŞ-nin “USS George Bush” təyyarədaşıyan gəmisinin İranla münaqişənin davam etdiyi Yaxın Şərq bölgəsinə yerləşdirilməsi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, gəmi ABŞ-nin Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olan əraziyə yönləndiriləcək.
Mənbənin sözlərinə görə, “USS George Bush”un artıq regionda olan və son həftələrdə İrana qarşı əməliyyatlarda iştirak edən iki ABŞ təyyarədaşıyıcısına qoşulacağı, yoxsa onlardan birini əvəz edəcəyi hələlik dəqiqləşməyib.
CNN həmçinin qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp son günlər münaqişəni daha da gərginləşdirə biləcək bir neçə hərbi variantı nəzərdən keçirir. Bununla yanaşı, o, İranla diplomatik danışıqların aparılacağını bildirsə də, bu prosesin hazırkı vəziyyəti qeyri-müəyyən olaraq qalır.
12:59 28.03.2026
Oxunuş sayı: 46