Tayland İranla Hörmüz boğazı üzrə razılığa gəldi
Tayland hökuməti İranla Hörmüz boğazından keçən neft tankerlərinin təhlükəsizliyinə dair razılıq əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Anutin Çarnvirakul məlumat verib.
Onun sözlərinə görə, əldə olunan anlaşma yanacaq idxalı ilə bağlı narahatlıqları azaltmağa və enerji təchizatının sabitliyinə inamı artırmağa xidmət edəcək. Baş nazir qeyd edib ki, bu razılaşma mart ayının əvvəlində müşahidə olunan fasilələrin təkrarlanma ehtimalını da azalda bilər.
Məlumata görə, daha əvvəl Taylanda məxsus yük gəmisi İslam İnqilabi Keşikçilər Korpusu (SEPAH) tərəfindən Hormuz ərazisində hücuma məruz qalıb. Hadisə nəticəsində üç heyət üzvü itkin düşüb.
Anutin Çarnvirakul vurğulayıb ki, hökumət mövcud vəziyyətə uyğun siyasət apararaq böhranın vətəndaşlara təsirini minimuma endirməyə çalışacaq.
13:05 28.03.2026
Oxunuş sayı: 45