ABŞ Yaxın Şərqə əlavə 10 min əsgər göndərməyi nəzərdən keçirir
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırmağı planlaşdıra bilər.
Crossmedia.az bu barədə "Axios" a istinadən xəbər verir ki, Ağ Ev və Pentaqon əlavə olaraq 10 minə yaxın döyüş hazırlıqlı əsgərin bölgəyə yerləşdirilməsi variantını müzakirə edir.
Məlumata əsasən, bu addım İranla davam edən gərginlik və mümkün quru əməliyyatlarına hazırlıq fonunda atıla bilər. Qərarın məqsədi ABŞ-ın hərbi seçimlərini genişləndirmək və müxtəlif ssenarilərə operativ reaksiya vermək imkanlarını artırmaqdır.
Xəbərdə qeyd olunur ki, bu təşəbbüs Donald Trump administrasiyasının bölgədəki strategiyasına uyğun olaraq formalaşdırılır və mümkün eskalasiya risklərinə qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, əlavə qüvvələrin yerləşdirilməsi Yaxın Şərqdə təhlükəsizlik balansına təsir göstərə və regionda gərginliyi daha da artıra bilər.
11:02 28.03.2026
Oxunuş sayı: 40