Zelenski üçtərəfli görüşün niyə hələ təyin olunmamasının səbəbini açıqlayıb
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş hələ təyin edilməyib.
Crossmedia.az xəbər verir kİ, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.
O, qeyd edib ki, Amerika nümayəndələri təhlükəsizlik səbəbləri ilə ABŞ-dən kənara çıxmırlar, Rusiya isə Türkiyədə və ya Avropada danışıqlar aparmağa hazırdır.
Ukrayna istənilən yerdə görüşməyə hazır olduğunu bəyan edir.
Zelenski ,həmçinin Rusiya ilə əsir mübadiləsinin bir ay ərzində baş tutacağına ümid etdiyini bildirib, lakin prosesin son anda başa çata biləcəyini qeyd edib.
Bundan əlavə, prezident Ukraynanın dizel yanacağı təchizatı ilə bağlı Yaxın Şərq ölkələri ilə danışıqlar apardığını açıqlayıb.
00:25 28.03.2026
Oxunuş sayı: 2612