Pezeşkian İranın qonşularına müraciət etdi
İran prezidenti Məsud Pezeşkian qonşu ölkələrə müraciət edərək deyib ki, onlar İranın qardaşlarıdır və aralarındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə çalışmaq vacibdir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Prezident bildirib ki, İran bütün problemləri qonşu ölkələrlə birlikdə həll etməyə hazırdır və digər ölkələrin işlərinə müdaxilə etməyi düşünmür.
Pezeşkian həmçinin vurğulayıb ki, qonşu ölkələr bölgədəki müharibə və xaosun səbəbkarının İran deyil, İsrail olduğunu anlamalıdırlar.
15:52 21.03.2026
Oxunuş sayı: 55