Qaani: “Müqavimət Oxu” ABŞ və İsrailə qarşı müstəqil fəaliyyət göstərir
İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı Qüds qanadının komandanı İsmayıl Qaani bildirib ki, “Müqavimət Oxu” ABŞ və İsrailə qarşı müstəqil şəkildə fəaliyyət göstərir və gələcəkdə daha çox əməliyyatlar gözlənilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O vurğulayıb ki, bütün cəbhələrdə birliyin qorunması İslam dünyası üçün əsas gücdür və qlobal imperializm və sionizm üçün kabus rolunu oynayır. Qaani həmçinin İranın son əməliyyatlarının düşmənləri şoka saldığını və qarşıda daha böyük sürprizlərin olduğunu əlavə edib.
Qeyd edək ki, “Müqavimət Oxu” ifadəsi İranın bölgədəki proksi qüvvələrinə istinad etmək üçün istifadə olunur.
12:28 21.03.2026
Oxunuş sayı: 48