Rusiya neftinin Çinə ixracı rekord səviyyəyə çatdı
2026-cı ilin yanvar-fevral aylarında Rusiyadan Çinə neft ixracı son illərin ən yüksək göstəricisinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Çin Baş Gömrük İdarəsinin məlumatına görə, bu dövrdə Çin 21,8 milyon ton (161 milyon barel) Rusiya nefti idxal edib ki, bu da 2015-ci ildən bəri rekord sayılır.
Məlumata əsasən, daşınmaların ümumi dəyəri 8,98 milyard dollar təşkil edib. Gündəlik neft tədarükü isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 2,7 milyon barelə yüksəlib.
09:00 21.03.2026
Oxunuş sayı: 45